Xızının musiqi məktəbində bəstəkar Rauf Hacıyevin 100 illiyi qeyd edilib
Sumqayıt, 24 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Xızı rayon uşaq musiqi məktəbində bəstəkar Rauf Hacıyevin 100 illiyinə həsr olunan "Anam doğma vətənimsən, Azərbaycanım!" adlı konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, məktəbin qarmon ixtisası üzrə müəllimi Vəsilə Cəfərova Rauf Hacıyevin həyat və yaradıcılığı barədə məlumat verib.
Konsertdə məktəbin xoru, müəllim və şagirdlərinin ifasında bəstəkarın əsərləri səslənib. Proqramda "Bakı haqqında mahnı", "Mənim Azərbaycanım", "Sevgilim", “Bahar gəlir" və digər əsərlər ifa olunub.
Mingəçevir Dövlət Universitetində magistrantların növbəti “Poster sessiyası” təşkil edilib
Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib
Nazir Rəşad Nəbiyev Şamaxıda gənclərlə İKT sektorundakı yenilikləri müzakirə edib
Mingəçevir Dövlət Universiteti Elmi Şurasının cari tədris ilində sonuncu iclası keçirilib