Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı üçün 710 nəfər qeydiyyatdan keçib
Bakı, 24 may, AZƏRTAC
Bugünkü saata əsasən doktorantura və dissertanturaya xarici dil üzrə 710 nəfər qeydiyyatdan keçib. Fəlsəfə doktoru üzrə iddiaçıların sayı 225-dir. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı ilə əlaqədar 4 nəfər qeydiyyatdan keçib.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin yutub və feysbuk səhifələrində təşkil etdiyi canlı yayımda Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva bildirib.
Xatırladaq ki, doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına qeydiyyat mayın 29-dək davam edəcək.
Tarix Muzeyində “Məni evinə apar” rəsm sərgisi davam edir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ay 14 min 873 müraciət daxil olub
İyulun 6-da III, iyulun 7-də isə II ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək
Yüksək hazırlıqlı abituriyentlər özəl ali məktəblər arasında Xəzər Universitetini seçiblər
Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibədə 96 nəfər uğur qazanıb