×
A
A
A
Sazlamalar

“Sabah” futbolçusu Şpiro Periçiçlə yollarını ayırıb

Bakı, 24 may, AZƏRTAC

Bakının “Sabah” klubu futbolçusu Şpiro Periçiçlə yollarını ayırıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib. Ş.Periçiç 2021-ci ilin avqustunda “Sabah”a transfer olub.
Klub rəhbərliyi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

 

 

İdman 2022-05-24 16:17:00