Nazir Emin Əmrullayev Dünya Təhsil Forumunda çıxış edib
Bakı, 24 may, AZƏRTAC
Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin mayın 22-dən 25-dək Böyük Britaniyanın London şəhərində ənənəvi keçirilən Dünya Təhsil Forumunda iştirakı davam edir.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın təhsil naziri forumun “Ümid etdiyimiz cəmiyyəti necə uğurla qura bilərik” mövzusunda təşkil olunmuş 7-ci plenar sessiyada çıxış edib və ölkəmizdə təhsil sahəsində həyata keçirilən fəaliyyət haqqında forum iştirakçılarını məlumatlandırıb.
Səfər çərçivəsində təhsil naziri E.Əmrullayev, həmçinin Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə işgüzar görüş keçirib. Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır