×
A
A
A
Sazlamalar

Portuqaliya son həftə ərzində Aİ məkanında COVID-19-a yoluxmaların daha çox qeydə alındığı ölkədir

Lissabon, 24 may, AZƏRTAC

Portuqaliya son 7 gün ərzində hər milyon sakinin payına düşən COVID-19 virusuna yeni yoluxmaların sayına görə Avropa İttifaqı ölkələri arasında birinci və dünyada ikinci yeri tutur.
AZƏRTAC “Our World in Data” elmi onlayn-nəşrə istinadla xəbər verir ki, bu ölkədə koronavirusa yeni yoluxma hallarının orta sutkalıq göstəricisi hər 1 milyon nəfərin payına 2290 təşkil edir. Siyahıda Portuqaliyanın ardınca İrlandiya (636 yoluxma halı), Almaniya (533), İtaliya (448) və Fransa (435) gəlir.
Ərazisi nəzərə alınmaqla, əhalisinin sayı 1 milyondan yuxarı olan ölkələr arasında yeni gündəlik yoluxmaların sayında ən yüksək orta göstərici (3300) Tayvanda qeydə alınıb. Sonrakı yerləri Portuqaliya, Avstraliya (1920), Yeni Zelandiya (1520) və Panama (712) tutur.
COVID-19 virusundan gündəlik ölüm hallarına gəlincə, Avropa İttifaqı ölkələri arasında ən yüksək göstərici Portuqaliyaya məxsusdur (3,17). Bu siyahıda sonrakı yerlərdə Finlandiya (3,14), İrlandiya (2,12), Yunanıstan (1,97) və İtaliyadır (1,68).
Qlobal miqyasda ərazisi nəzərə alınmaqla, əhalisinin sayı 1 milyondan yuxarı olan ölkələr arasında koronavirus nəticəsində gündəlik ölüm hallarının ən yüksək göstəricisi İslandiyada (12,78) qeydə alınıb. Sonrakı yerləri Portuqaliya, Finlandiya, Yeni Zelandiya (2,45) tutur.
Avropa İttifaqı məkanında hər milyon nəfər əhaliyə düşən COVID-19 virusuna yeni gündəlik yoluxmaların orta göstəricisi 337, ölüm hallarının orta göstəricisi isə 1,15 təşkil edir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

Dünya 2022-05-24 15:19:00