×
A
A
A
Sazlamalar

Türkiyə ordusunun üç əsgəri şəhid olub

İstanbul, 24 may, AZƏRTAC

İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin (TSK) üç əsgəri şəhid olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, əsgərlər “Pəncə-Kilid” antiterror əməliyyatlarının aparıldığı bölgədə terrorçularla çıxan qarşıdurmada qəhrəmancasına həlak olublar. Daha dörd əsgər yaralanıb. Yaralı əsgərlər dərhal xəstəxanaya çatdırılıblar.
Nazirlik şəhidlərlə bağlı türk xalqına başsağlığı verib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2022-05-24 14:18:00