×
A
A
A
Sazlamalar

Serbiya Rusiyadan idxal etdiyi təbii qazın həcmini artırmaq, qiymətini isə aşağı salmaq istəyir

Belqrad, 24 may, AZƏRTAC

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinin idxal etdiyi təbii qazın tarifi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə müzakirələr aparacağını deyib.
AZƏRTAC xəbər verir ki, mayın 25-i və ya 26-da keçirilməsi gözlənilən görüşdə iki mühüm prioritetlərinin təbii qazın həcmi və qiyməti olacağını bildirən A.Vuçiç idxal edilən qazın saxlanması üçün Macarıstanla razılığa gəldiklərini açıqlayıb. Serbiya Prezidenti Macarıstanın 300-500 milyon kubmetr arasında təbii qazın yeraltı anbarlarda saxlanılmasını təmin edəcəyini bildirib.
O, mayın 31-də başa çatacaq müqaviləni yeniləmək üçün “Gazprom”la danışıqların davam etdiyini deyib.
Qeyd edək ki, cari ilin əvvəlindən Rusiya təbii qazı Serbiyaya “Türk axını” boru kəməri vasitəsilə nəql olunur.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

Dünya 2022-05-24 12:34:00