Nadejda Safronova: Milli Gimnastika Arenasında yaradılan şərait və imkanlar bizdə xoş təəssüratlar yaratdı
Bakı, 24 may, AZƏRTAC
Təlim-məşq toplanışında bədii gimnastika üzrə 4 idmançımız iştirak edir. Onlardan 2-si böyük, 2-si isə yeniyetmə idmançıdır. İdman gimnastikası üzrə isə 2 qadın və 3 kişi idmançı hazırlıq prosesinə cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibəsində Monqolustan Gimnastika Federasiyasının Xarici əlaqələr şöbəsinin komanda meneceri Nadejda Safronova deyib.
Monqolustanda bədii gimnastika, idman gimnastikası və aerobika gimnastikasının inkişaf etdirildiyinə deyən N.Safronova bildirib: “Federasiyamızın məşqçiləri gimnastikanın ölkəmizdə geniş yayılması üçün əllərindən gələni əsirgəmirlər. Bu, Bakıya ilk səfərimizdir. Milli Gimnastika Arenasında yaradılan şərait və imkanlar bizdə xoş təəssüratlar yaratdı. Biz, həmçinin Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə, İcra Komitəsinin üzvü Mariana Vasilevaya, idman direktoru Natalya Bulanovaya, baş katib Nurlana Məmmədzadəyə və federasiyanın bütün əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk”.
Tamblinqçimiz Mixail Malkin Portuqaliyada dünya kuboku yarışında birinci olub
Para-atletimiz Tunis Qran-Prisində qızıl medal qazanıb
Gənc idman gimnastımız beynəlxalq Budapeşt kuboku yarışında üç medal qazanıb
Azərbaycanın iki güləşçisi U-20 Avropa çempionatının finalına yüksəlib
Stolüstü tennis üzrə Polad Həşimovun xatirəsinə həsr olunan Azərbaycan birinciliyi keçirilir