×
A
A
A
Sazlamalar

Çindən Almaniyaya gedən ilk konteyner yükü Azərbaycan gəmisi ilə Rumıniyaya çatdırılacaq

Bakı, 24 may, AZƏRTAC

Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannhaym şəhərinə gedən ilk konteyner yükü Gürcüstanın Poti limanına çatıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) AZƏRTAC-a bildirilib ki, yük Poti limanından ASCO-nun Qara dənizdə müntəzəm fider daşımalara cəlb edilən “Rəsul Rza” quru yük gəmisi ilə Rumıniyanın Konstanta limanına çatdırılacaq.
Artıq gəmi yükləmə əməliyyatı üçün limana yan alıb. Ümumilikdə gəmiyə 75 ədəd 40 futluq konteyner yüklənəcək.
Qeyd edək ki, Çindən Almaniyaya gedən ilk konteyner yükü Qazaxıstanın Kurık limanından ASCO-nun “Maestro Niyazi” gəmisi ilə Azərbaycanın Hövsan limanına çatdırılmışdı.

Nəqliyyat 2022-05-24 12:25:00