“Starbucks” Rusiya bazarından çıxır
Bakı, 24 may, AZƏRTAC
Amerikanın “Starbucks” qəhvəxana şəbəkəsi Rusiya bazarını həmişəlik tərk etmək qərarına gəlib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, kompaniyanın saytında yerləşdirilən məlumata görə, “Starbucks” Rusiyadakı əməkdaşlarına altıaylıq əməkhaqqı verəcək və yeni iş tapmaqda onlara yadım edəcək.
Qeyd edək ki, kompaniya martın 8-də Ukrayna ətrafında baş verən hadisələrlə bağlı Rusiya ərazisindəki bütün biznes fəaliyyətini, o cümlədən məhsulların tədarükünü müvəqqəti dayandırdığını elan edib. Rusiyada ilk obyektini 2007-ci ildə Moskvada açan kompaniyanın hazırda bu ölkədə 100-dən çox biznes obyekti var.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı indiyədək görünməmiş sanksiyalar tətbiq edib. Həmçinin dünyanın bir sıra məşhur kompaniyaları RF-də fəaliyyəti dayandırıb.
Məşhur “Rappler” nəşrinin bağlanması barədə növbəti dəfə qərar qəbul edilib
Cozef Bayden: ABŞ Avropada hərbi mövcudluğunu gücləndirəcək
İtaliya çempionatında “qızıl oyun” qaydası tətbiq olunacaq
Yens Stoltenberq: NATO sammitində yeni strateji konsepsiya qəbul olunacaq