×
A
A
A
Sazlamalar

 “Səbail” klubu baş məşqçisi ilə yollarını ayırıb

Bakı, 24 may, AZƏRTAC

Bakının “Səbail” futbol klubu baş məşqçisi Aftandil Hacıyevlə vidalaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bakı təmsilçisi 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıqla xitam verib.
Qeyd edək ki, “Səbail” klubu mayın 13-də A.Hacıyevlə 2023-cü ilin yayınadək yeni sözləşmə imzalamışdı.

 

 

İdman 2022-05-24 11:52:00