×
A
A
A
Sazlamalar

Yutubda Azərbaycanın ilk teatr kanalı fəaliyyətə başlayıb

Bakı, 24 may, AZƏRTAC
Azərbaycanda ilk peşəkar teatr kanalı fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, yutub sosial platforması üzərindən yayımlanan “Kanal 1873” Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilib. Kanalda teatr və ümumilikdə mədəniyyətlə bağlı maarifləndirici, əyləncəli proqramlar yayımlanacaq. Eyni zamanda, kanalda tamaşaların və filmlərin nümayişi də nəzərdə tutulur.

Mədəniyyət 2022-05-24 11:33:00