Slovakiya yığmasının kapitanı Azərbaycan ilə oyun öncəsi millidəki karyerasını başa vurub
Bakı, 24 may, AZƏRTAC
UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Slovakiya yığmasının kapitanı Marek Hamşik millidəki karyerasını başa vurub.
AZƏRTAC xəbər verir ki, bunu 34 yaşlı yarımmüdafiəçi özü açıqlayıb.
“Trabzonspor”un pleymeykeri bundan sonra yığmada oynamayacağını söyləyib: “Qərar vermək mənim üçün asan olmadı. Uzun müddət düşündükdən sonra 15 illik milli karyeramı bitirməyin doğru olduğu qənaətinə gəldim. Yığmanı 50-dən çox oyuna kapitan kimi çıxardım, dünya və Avropa çempionatına qatıldım. Bu illər ərzində birgə çalışdığım məşqçilərə və komanda yoldaşlarıma təşəkkür edirəm”.
Qeyd edək ki, futbolçu Slovakiya yığmasının heyətində 129 oyun keçirib.
İraq millisinin 19 yaşlı üzvü "Mançester Yunayted" klubu ilə yeni müqavilə imzalayıb
Basketbol üzrə milli komandamız Avropa çempionatında ilk oyununu keçirib
"Liverpul"un hücumçusu Takumi Minamino "Monako"ya keçib
Azərbaycan çempionu "Murov" Xorvatiyanın “Kitro Varazdin” klubu ilə qarşılaşacaq
Güləşçimiz Qurban Qurbanov U-20 Avropa çempionatının finalına yüksəlib