×
A
A
A
Sazlamalar

"Musiqili Xəmsə" adlı bilik yarışması keçirilib

Bakı, 24 may, AZƏRTAC
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Şuşa İli” çərçivəsində “Musiqili Xəmsə” adlı bilik yarışması keçirilib.
AZƏRTAC xəbər verir ki, musiqi ədəbiyyatı fənni üzrə buraxılış sinifləri arasında keçirilən yarışmada 5 komanda birinci yerə görə mübarizə aparıb. Yarış beş mərhələdən ibarət olub.
Tədbirdə musiqişünas Pərvin Səfərli bəstəkarların yaradıcılığı və əsərlərindən maraqlı faktlar, əyləncəli suallar səsləndirib.
Tədris işləri üzrə direktor müavini Mənsurə Quliyeva və Əməkdar artist Əziz Qarayusiflinin münsiflər heyətinin üzvü olduğu yarışda məktəbin şagirdi Lalə Qafarova ifası ilə tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
Yarış zamanı tamaşaçılar arasında da 2 oyun keçirilib. Qaliblər diplom və təşəkkürnamə ilə təltif ediliblər.

Mədəniyyət 2022-05-24 11:04:00