Əbu-Dabidə restoranda baş vermiş partlayış nəticəsində ölən və yaralananlar var
Qahirə, 24 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə restoranlardan birində qaz silindrinin partlaması nəticəsində 2 nəfərin öldüyü, 120 yaralı olduğu bildirilir.
AZƏRTAC rəsmi Emirates agentliyinə istinadla xəbər verir ki, Əbu-Dabi polisi yaralılardan 67 nəfərinin ilkin tibbi yardımdan sonra evə buraxıldığını, qalanların isə müalicəsinin davam etdiyini bildirib. Polis rəsmisi qeyd edib ki, partlayış nəticəsində ətrafdakı mağazalar və yaşayış binalarının fasadları da zərər görüb. Yanğından mühafizə briqadası ərazidə yanğının qarşısını alıb, sakinləri təxliyə edib. Şəhər rəhbərliyi onların müvəqqəti sığınacaqlarda yerləşdirilməsi üçün tədbirlər görüb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Yeni Zelandiya və Avropa İttifaqı azad ticarət haqqında müqavilə imzalayıb
Türkiyədə baş verən uçqun insan itkisinə səbəb olub
Finlandiyada hesab edirlər ki, ölkə payızadək NATO-ya üzv ola bilməyəcək
Odessa vilayətinə endirilən raket zərbələri nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb