İmişli iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 9,2 faiz artıb
İmişli, 24 may, Aydın Yavərzadə, AZƏRTAC
Bu il aprelin 1-i vəziyyətinə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 10,9 min nəfər olub, onlardan 6,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 4,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərənlərdir.
İmişli Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, muzdla işləyənlərin 3,6 min nəfəri və ya 33,0 faizi maddi istehsal sahəsində, 7,3 min nəfəri və ya 67,0 faizi isə xidmət sahəsində çalışanlardır.
2022-ci ilin birinci rübü üzrə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 560,1 manata çatıb. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Professor Vaqif Qələndər: Naxçıvanda müasir səhiyyə infrastrukturu yaradılıb
Gənclər Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində olublar
Naxçıvanda beynəlxalq lisenziyalı məşqçilik kurslarına start verilib
Qazilərimiz stend atıcılığı yarışında iştirak ediblər
Vefalı Enser: Naxçıvan elm, təhsil və turizm baxımından türk dünyasının regional körpüsünə çevrilir