İtaliyada “meymunçiçəyi” virusuna yoluxanların sayı dördə yüksəlib
Roma, 23 may, AZƏRTAC
İtaliyada “meymunçiçəyi” virusuna yoluxanların sayının 4 nəfərə çatdığı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Toskana regionundakı Arezzo şəhərində 32 yaşlı şəxsdə “meymunçiçəyi” virusu aşkar edilib. Həmin şəxsin bir müddət əvvəl İspaniyanın Kanar adalarından istirahətdən qayıtdığı bildirilib.
Paytaxt Romanın da daxil olduğu Latsio regionunda isə virusa 3 yoluxma faktı qeydə alınıb. Latsio regionunda “meymunçiçəyi” virusuna yoluxanlarla təmasda olan 15 nəfər özünütəcrid edib.
Qeyd edək ki, “meymunçiçəyi” virusu İtaliyada ilk dəfə mayın 19-da Kanar adalarından gələn şəxsdə aşkarlanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün 12 şərti yerinə yetirəcək
ÜST: Avropada meymunçiçəyi ilə bağlı təcili müdaxiləyə ehtiyac var