×
A
A
A
Sazlamalar

Saatlıda pərakəndə ticarət dövriyyəsinin 94,8 faizi fiziki şəxslərin payına düşüb

Saatlı, 24 may, Aydın Yavərzadə, AZƏRTAC

2022-сi ilin birinci rübündə Saatlı rayonu üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 64 milyon 993,8 min manat olub ki, bunun da 3 milyon 393,3 min manatı və ya 5,2 faizi hüquqi şəxslərin, 61 milyon 600,5 min manatı və ya 94,8 faizi fiziki şəxslərin payına düşüb.
Saatlı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 899,4 min manat və ya 13,8 faiz artıb. Pərakəndə ticarət dövriyyəsinin ümumi həcminin 25 milyon 410,6 manatı və yaxud 39,1 faiz ərzaq mallarının, 39 milyon 583,2 min manatı və yaxud 60,9 faiz qeyri ərzaq mallarının payına düşüb. Pərakəndə ticarət dövriyyəsinin həcminin 64 milyon 983,5 min manatı və ya 99,9 faiz özəl sektorda olub.
2022-ci ilin birinci rübü üzrə iaşə dövriyyəsinin həcmi 767,0 min manata çatıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 128,0 min manat və ya 20,0 faiz çoxdur.

Regionlar 2022-05-24 10:43:00