×
A
A
A
Sazlamalar

Məşhur Vaja Pşavelanın “İlanyeyən” kitabı Azərbaycanda

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Dövlət Tərcümə Mərkəzi yanında Tərcümə Agentliyi ilə Gürcüstan Yazıçılar Evinin birgə əməkdaşlığı çərçivəsində Gürcüstan ədəbiyyatının görkəmli siması, şair, yazıçı, dramaturq Vaja Pşavelanın “İlanyeyən” kitabı işıq üzü görüb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin “İlanyeyən”, “Aluda ketelauri”, “Qonaq və ev sahibi” kimi məşhur poemaları və şeirləri daxil edilmiş kitabın Azərbaycan dilinə tərcümə müəllifi – tanınmış şair-tərcüməçi İmir Məmmədli, redaktoru Şəfiqə Şəfadır.
Kitabı yaxın günlərdə kitab satışı mağazalardan əldə etmək olar.

 

Mədəniyyət 2022-05-24 10:33:00