“Bavariya”nın hücumçusu Robert Levandovski ardıcıl ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb
Bakı, 24 may, AZƏRTAC
Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski ardıcıl ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb.
AZƏRTAC xəbər verir ki, hücumçu Almaniya çempionatının 34 oyununda 35 qol vurub.
Yetmiş xala malik polşalı hücumçu rəqiblərini böyük fərqlə üstələyib. PSJ-nin ulduzu Kilian Mbappe 28 qolla 56 xal toplayıb. Çiro İmmobile (“Latsio”) və Kərim Benzema (“Real”) hərəyə 27 topla 54 xal yığıblar.
Qeyd edək ki, futbolçu ötən mövsüm 41 qolla (82 xal) “Qızıl buts” qazanmışdı.
Futbol üzrə Afrika Millətlər Kuboku yarışı 2024-cü ilin yanvarına təxirə salınıb
“Neftçi” klubu Gürcüstan milli komandasının üzvünü transfer edib
Dünya Badminton Günü ilə bağlı Qusarda tədbir keçirilib
“Zirə” klubu futbolçusu Sərtan Taşkınla müqaviləni yeniləyib