×
A
A
A
Sazlamalar

“Odlar yurdu” ansamblı Krasnoyarskda çıxış edəcək

Moskva, 24 may, AZƏRTAC

Mayın 29-da Azərbaycanın “Odlar Yurdu” xalq mahnı və rəqs ansamblı Krasnoyarskda çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, konsert proqramında tamaşaçılar "Azərbaycan ritmləri", Azərbaycan xalq rəqsləri - "Qaytağı", "Sarı gəlin", "Cigitlər", "Yallı-Zorxana", "Popurri" - müxtəlif ölkələrin xalq eskizləri, məzəli "Çobanlar rəqsi" kimi tamaşalara baxacaqlar.
Xatırladaq ki, "Odlar Yurdu" Azərbaycan xalq mahnı və rəqs ansamblı 2007-ci ildə yaradılıb. Krasnoyarsk diyarının ən güclü və parlaq milli xoreoqrafik kollektivlərindən olan ansamblın rəhbəri Aqil Cəfərovdur. “Odlar Yurdu” kollektivi daim yaradıcı axtarışdadır, repertuarını yeniləyir, ona görə də çıxışları həmişə rəngarəng və parlaqdır. Ansambl bir neçə dəfə beynəlxalq və bir çox Rusiya festivallarının qalibi olub.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Mədəniyyət 2022-05-24 01:19:00