İranda binanın çökməsi nəticəsində ölənlərin sayı artıb
Tehran, 24 may, AZƏRTAC
İranın Abadan şəhərində 11 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 6–ya, yaralananların sayı isə 28-ə çatıb.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, xilasedicilər dağıntılar altında qalanların axtarışını hələ də davam edirlər.
Dağıntılar altından bir neçə cəsəd çıxarılıb. Ehtimal olunur ki, uçqun altında yenə də qalanlar var.
Qeyd edək ki, binanın çökməsi ilə əlaqədar Tehran şəhər prokurorluğunda cinayət işi açılıb. Binanın sahibi həbs edilib. Faktla bağlı istintaq aparılır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Prezident Rəcəb Tayyib Ərdoğan: Adanada yüksəkkeyfiyyətli neft yatağı aşkar etmişik
İranın xarici işlər naziri Türkiyəyə səfər edib
Ukraynanın Kremençuk şəhərində ticarət mərkəzi raketlə vurulub, ölənlər və yaralananlar var