Gövhər Beydullayeva şahmat üzrə Azərbaycan çempionatının qalibi olub
Bakı, 23 may, AZƏRTAC
Qadın şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın lideri Gövhər Beydullayeva hesabat turunda Xəyallə Abdullanı məğlub etməklə 5 xal toplayıb və ilk dəfə Azərbaycan çempionu olub.
Turnirin sürpriz iştirakçısı Ləman Hacıyeva bu dəfə ağ fiqurlarla Türkan Məmmədyarovanı üstələyib. Nəticədə, o, 4,5 xalla karyerasında ilk dəfə çempionatın gümüş mükafatçısı olub. Ülviyyə Fətəliyeva qara fiqurlarla Xanım Balacayevanı məğlub edib. Yekun sıralamada Ü.Fətəliyeva 4 xalla yarışı üçüncü pillədə başa vurub.
Son turda Ayan Allahverdiyevanı üstələyən ötən ilin çempionu Gülnar Məmmədova bu dəfə yarışda dördüncü olub.
Qeyd edək ki, dairəvi sistem üzrə yeddi turdan ibarət çempionatın mükafat fondu 11 min 400 manat təşkil edib. Qalib 4 min manat pul mükafatı qazanıb.
Bakının “Neftçi” klubu Türkiyədə üç yoxlama oyunu keçirəcək
“Turan Tovuz” klubu heyətini yeni futbolçu ilə gücləndirib
Jurnalistlər üçün beynəlxalq seminar keçirilir
Dünya çempionatı: Bu gün qadın həndbolçulardan ibarət millimizin rəqibi müəyyənləşəcək