“Qəbələ” klubu aparıcı legioneri ilə razılığa gəlib
Bakı, 23 may, AZƏRTAC
UEFA Konfrans Liqasına vəsiqə qazanan “Qəbələ” klubu aparıcı legioneri ilə razılığa gəlib.
AZƏRTAC xəbər verir ki, müdafiəçi Ruan Renatodan sonra Rafael Utziqlə anlaşma əldə olunub. Son 2 mövsümdə “Qəbələ”nin formasını geyinən braziliyalı hücumçu gələn ilin yayınadək komandada qalacaq.
“Qəbələ”nin forvardla birillik yeni müqaviləsinin şərtləri öncəkilərdən fərqlənir. Buna kimi hər ay 5 min dollar qazanan Utziq qarşıdakı mövsümdə daha yüksək məvacib alacaq.
Para-atletimiz Tunis Qran-Prisində qızıl medal qazanıb
Gənc idman gimnastımız beynəlxalq Budapeşt kuboku yarışında üç medal qazanıb
Azərbaycanın iki güləşçisi U-20 Avropa çempionatının finalına yüksəlib
Stolüstü tennis üzrə Polad Həşimovun xatirəsinə həsr olunan Azərbaycan birinciliyi keçirilir
Yeniyetmə badmintonçularımız Serbiyada 2 bürünc medala sahib olublar