İki boksçumuz beynəlxalq turnirdə finala vəsiqə qazanıb
Bakı, 23 may, AZƏRTAC
Özbəkistanın Fərqanə şəhərində yeniyetmə boksçular arasında İsrailjon Rüstəmovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə yarımfinal döyüşləri keçirilib.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 5 ölkədən 164 idmançının qatıldığı yarışda millimizin 4 üzvü final qarşılaşmasına çıxıb. Boksçularımızdan Tağı Nəsibov (50 kq) özbəkistanlı Şahboz Erqaşevlə üz-üzə gəlib. Rəqibini məğlub edən həmyerlimiz finala yüksəlib. Onun uğurunu Məhəmmədəli Aşurəliyev (54 kq) də təkrarlayıb. Murodulla Sunatullayevdən (Özbəkistan) güclü olan millimizin üzvü qızıl medal uğrunda döyüşə vəsiqə qazanıb.
Yığmamızın digər boksçuları Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənov (66 kq) isə yarımfinalda məğlub olaraq bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, final görüşləri mayın 24-də olacaq.
Tamblinqçimiz Mixail Malkin Portuqaliyada dünya kuboku yarışında birinci olub
Para-atletimiz Tunis Qran-Prisində qızıl medal qazanıb
Gənc idman gimnastımız beynəlxalq Budapeşt kuboku yarışında üç medal qazanıb
Azərbaycanın iki güləşçisi U-20 Avropa çempionatının finalına yüksəlib
Stolüstü tennis üzrə Polad Həşimovun xatirəsinə həsr olunan Azərbaycan birinciliyi keçirilir