×
A
A
A
Sazlamalar

Türkiyədə Azərbaycan mədəniyyət və incəsənət günləri keçiriləcək

Bakı, 23 may, AZƏRTAC

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Türkiyədə səfərdədir.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Fazil Mustafa Azərbaycanın Əskişəhər Osmanqazi Universitetində keçiriləcək Azərbaycan mədəniyyət və incəsənət günlərində iştirak edəcək.
Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə Azərbaycan İqtisad Universitetinin incəsənət dərnəkləri təmsil olunacaq.
Fazil Mustafa ölkəmizin mədəniyyətinin Türkiyə vilayətlərində, xüsusilə də gənclərin üstünlük təşkil etdiyi universitetlərdə yaxından tanınması, Azərbaycanla bağlı məlumatlılığın artırılması üçün keçirilək mərasimlərə qatılacaq.
Səfər mayın 26-da başa çatacaq.

Mədəniyyət 2022-05-23 19:02:00