×
A
A
A
Sazlamalar

“Şamaxı”nın hücumçusu karyerasını “Turan Tovuz”da davam etdirə bilər

Bakı, 23 may, AZƏRTAC

“Şamaxı” klubunun hücumçusu Amil Yunanov karyerasını özü üçün doğma sayılan "Turan Tovuz"da davam etdirməyə yaxındır.
AZƏRTAC xəbər verir ki, əslən Tovuz rayonundan olan futbolçu bu şəhərin təmsilçisindən təklif gəlib.
Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Turan Tovuz" hücum xəttini A.Yunanovla gücləndirmək istəyir. Onun bu komandaya keçidinin rəsmiləşib-rəsmiləşməyəcəyi isə yayda dəqiqləşəcək.

İdman 2022-05-23 18:15:00