×
A
A
A
Sazlamalar

İELTS qeydiyyat və imtahan mərkəzində ilk sınaq imtahanı təşkil edilib

Naxçıvan, 23 may, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində yaradılan İELTS qeydiyyat və imtahan mərkəzində ilk sınaq imtahanı keçirilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 50-dək namizədin iştirak etdiyi imtahanda oxuma, yazma, dinləmə bacarıqları yoxlanılıb, fərdi danışıq qabiliyyətləri nəzərə alınaraq qiymətləndirmə aparılıb. Sualları İELTS mərkəzinin koordinatoru, universitetin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Bayram Əliyev hazırlayıb.
Qeyd edək ki, İELTS qeydiyyat və imtahan mərkəzi Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq NDU-da yaradılıb. Mərkəzin məqsədi muxtar respublikada bu sahə üzrə ingilis dili bacarıqlarının qiymətləndirilməsi və namizədlərin beynəlxalq sertifikatla təmin olunmasıdır. Mərkəz universitetdə ingilis dilində ixtisasların sayının artmasına və qeyri-ixtisaslarda çalışan əməkdaşların ingilis dili bacarıqlarının qiymətləndirilməsinə müsbət təsir göstərəcək.

Regionlar 2022-05-23 17:50:00