Rumıniya ərazisinə bir milyondan artıq ukraynalı qaçqın daxil olub
Buxarest, 23 may, AZƏRTAC
Fevralın 24-dən Ukraynadan bir milyondan çox qaçqın Rumıniya ərazisinə daxil olub.
Bu barədə AZƏRTAC Rumıniya sərhəd polisinin mətbuat xidmətinə istinadla xəbər verir.
Qeyd olunur ki, son 24 saat ərzində Ukraynanın 4870 sakini Ukrayna-Rumıniya sərhədindən, daha 1032 nəfər isə Moldova sərhəd hissələrindən Rumıniyaya daxil olub. Hesabatda deyilir ki, böhran başlayandan bəri 1 milyon 29 min 872 nəfər Ukrayna vətəndaşı Rumıniyaya daxil olub. Mayın 20-də məlum olub ki, Ukraynadan Bolqarıstana gələn və rəsmi olaraq qaçqın statusu almış mühacirlərin ümumi sayı 100 mini keçib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Kiril Budanov: Rusiya ilə Ukrayna arasında müharibənin gələn il sona çatacağını düşünürəm
Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatının daha bir fəal üzvünü zərərsizləşdirib
Komendant saatı müddətində Nukus şəhərindəki aeroport işləməyəcək
Hindistanda avtobus qəzası nəticəsində azı 16 nəfər həlak olub