×
A
A
A
Sazlamalar

“Chessable Masters”: Şəhriyar Məmmədyarov dörddəbir final mərhələsində çinli şahmatçı ilə görüşəcək

Bakı, 23 may, AZƏRTAC

Bu gün şahmat üzrə “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışında dörddəbir final mərhələsinin oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnirin ilkin mərhələsində 15 turdan əldə etdiyi 22 xalla 6-cı yerdə qərarlaşmaqla dörddəbir finala vəsiqə qazanan Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov çinli Dinq Lirenlə üz-üzə gələcək. Turun digər oyunlarına gəldikdə, hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen David Guizarro (İspaniya), hindistanlı Rameşbabu Praqnanandha çinli Vey Yu, Tari Aryan (Norveç) Aniş Giri (Niderland) ilə mübarizə aparacaqlar.
Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.

İdman 2022-05-23 17:09:00