×
A
A
A
Sazlamalar

“Yeni media: Çin – ŞƏT 2022” adlı onlayn seminar keçirilib

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Çinin Xuantsyu portalı ilə birgə “Yeni media: Çin – ŞƏT 2022” adlı onlayn seminar keçirib.
AZƏRTAC xəbər verir ki, onlayn seminar zamanı Çinin sürətli inkişafından, yeni texnologiyalarla göydələnlərin 19 gün ərzində tikilməsindən, dünya ölkələri, əsasən də Rusiya və MDB ölkələri ilə əlaqəsindən, İpək Yolunun önəmindən danışılıb.
“Jenmin Jibao” qəzetinin baş müxbiri və Xuantsyu portalının məsləhətçisi Din Qan Çinin son onilliklərdə əldə etdiyi uğurların Qərb mediası tərəfindən dünyaya çatdırılmasına diqqətin artırılmasının vacibliyini söyləyib.
Qeyd edib ki, Qərb KİV-ləri dünyada fikrin formalaşmasında domenant mövqe tutur.
Sonra jurnalistlərin verdiyi suallar ətrafında söhbət açılıb. Çinlə dünya KİV-ləri arasında xəbər mübadiləsinin artırılması istiqamətində təkliflər verilib.

Dünya 2022-05-23 16:48:00