×
A
A
A
Sazlamalar

“Sumqayıt” FK Vüqar Mustafayevlə 3 illik yeni müqavilə imzalayıb

Sumqayıt, 23 may, AZƏRTAC

“Sumqayıt” futbol klubu 2022-2023-cü il mövsümü üçün transfer çalışmalarını davam etdirir. Klub daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
Futbol klubunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Vüqar Mustafayevlə 3 illik yeni müqavilə imzalanıb. 2019-cu ildən komandanın şərəfini qoruyan Vüqar Mustafayev bu müddət ərzində ümumilikdə 64 oyunda meydana çıxıb.
V.Mustafayev, həmçinin Azərbaycanın U-21, U-23 və “A” millilərinin uğurları üçün çalışıb.

 

İdman 2022-05-23 16:19:00