Azərbaycan millisinin UEFA Millətlər Liqasının oyunları üçün ilkin heyəti açıqlanıb
Bakı, 23 may, AZƏRTAC
UEFA Millətlər Liqası çərçivəsində iyunun 3-də, 6-da, 10-da və 13-də keçirəcəyi oyunlara hazırlıq məqsədilə mayın 24-dən 27-dək futbol üzrə Azərbaycan milli komandasının Bakıda ilkin təlim-məşq toplanışı təşkil olunacaq.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, hazırlıq prosesinə Səlahət Ağayev (“Sabah”), Emil Balayev (“Turan”, Qazaxıstan), Rəşad Əzizli (“Səbail”), Höccət Haqqverdi (“Sumqayıt”), Anton Krivotsyuk (“Visla Plotsk”, Polşa), Azər Salahlı (“Neftçi”), Bəxtiyar Həsənalızadə (“Sabah”), Eddi İstafilov, Emin Mahmudov (hər ikisi “Neftçi”), Aleksey İsayev (“Sabah”), Anatoli Nuriyev (“Sumqayıt”), Dmitri Nazarov (“Erzgebirge Aue”, Almaniya), Namik Ələskərov (“Bursaspor”, Türkiyə), Renat Dadaşov (“Tondela”, Portuqaliya) və Mahir Emreli (“Dinamo Zaqreb”, Xorvatiya) dəvət olunub.
Qeyd edək ki, D.Nazarov və R.Dadaşov komandaya mayın 25-dən sonra qoşulacaqlar.
Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub