×
A
A
A
Sazlamalar

İranda çoxmərtəbəli bina çöküb VİDEO

Tehran, 23 may, AZƏRTAC

Bir neçə saat əvvəl İranın Abadan şəhərinin mərkəzində yerləşən 10 mərtəbəli bina çöküb. Şəhərin mərkəzi küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, binanın çökməsi nəticəsində 3 nəfər dağıntılar altında qalaraq ölüb. Yaralanan 21 nəfər isə təcili olaraq xəstəxanaya çatdırılıb. Dağıntılar altında qalaraq ölənlərin sayının artacağı ehtimalı çoxdur. Hadisə yerinə gələn xilasedicilər xüsusi təlim görmüş itlərlə dağıntıların altında qalanları axtarırlar.
Binanın çökməsi yaxınlıqda yerləşən yaşayış evlərinə də ziyan vurub. Bir sıra evlərin divarları uçub və pəncərələrin şüşəsi sınıb.
Abadan şəhərinin prokuroru “Metropolis” adlanan binanın sahibinin həbs edildiyini bildirib.
Hüquq-mühafizə orqanları binanın çökmə səbəbini müəyyən edirlər. Hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq başlayıb.
Qeyd edək ki, binada müxtəlif şirkətlərin ofisləri, ticarət obyektləri yerləşirdi.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2022-05-23 14:47:00

Video