Cənubi Koreyada 3 milyon qolf geyiminin olduğu anbar yanır
Pekin, 23 may, AZƏRTAC
Cənubi Koreyanın İnçon şəhərində təxminən 3 milyon qolf geyiminin olduğu 14,6 min kvadratmetrlik anbar yanır.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, yanğın Seul vaxtı ilə saat 11:40-da özəl klublardan birinin dördmərtəbəli anbar binasında başlayıb. Qısa vaxtda binadakı 134 nəfər təhlükəsiz şəkildə təxliyə edilib.
Hazırda yanğınla mübarizə davam edir. Səlahiyyətli şəxslər bu cür iri binadakı yanğının söndürülməsinin müəyyən vaxt tələb etdiyini açıqlayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün 12 şərti yerinə yetirəcək
ÜST: Avropada meymunçiçəyi ilə bağlı təcili müdaxiləyə ehtiyac var