Beyləqanda polis qaçmaq istəyən şəxsi tutarkən silahdan istifadə edib
Bakı, 23 may, AZƏRTAC
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə və soyuq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Mirzəli saxlanılarkən o, tabesizlik göstərərək qaçmağa cəhd edib. Bu zaman polis əməkdaşı tabel silahından havaya bir dəfə atəş açmış və görülmüş tədbirlərlə o, saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı K.Mirzəlidən heroin və beşbarmaq aşkarlanaraq götürülüb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
Evdən generator və marketdən terminal oğurlayan keçmiş məhkumlar saxlanılıb
FHN: Ötən sutka ərzində 80 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub