Super Liqa klubunun baş məşqçisi istefa verib
Bakı, 23 may, AZƏRTAC
Türkiyənin “Hatayspor” futbol klubunun baş məşqçisi Ömər Ərdoğan istefa verib.
AZƏRTAC xəbər verir ki, 45 yaşlı mütəxəssis bu qərarını Super Liqanın 38-ci turu çərçivəsində baş tutan “Girəsunspor”la ev oyunundan sonra açıqlayıb.
O, komandasının 4:1 hesabı ilə qalib gəldiyi matçın ardından jurnalistlərlə söhbətində Hatay təmsilçisindən ayrılacağını bəyan edib. Mütəxəssis 2020-ci ildən bu komandaya rəhbərlik edib.
“Hatayspor” geridə qalan mövsümdə 38 oyuna topladığı 53 xalla 20 iştirakçı arasında 12-ci olub.
İraq millisinin 19 yaşlı üzvü "Mançester Yunayted" klubu ilə yeni müqavilə imzalayıb
Basketbol üzrə milli komandamız Avropa çempionatında ilk oyununu keçirib
"Liverpul"un hücumçusu Takumi Minamino "Monako"ya keçib
Azərbaycan çempionu "Murov" Xorvatiyanın “Kitro Varazdin” klubu ilə qarşılaşacaq
Güləşçimiz Qurban Qurbanov U-20 Avropa çempionatının finalına yüksəlib