×
A
A
A
Sazlamalar

Azərbaycanlı rəssamın əsərləri “Hunten Kunts” beynəlxalq sərgisində nümayiş olunub

Osterveyk, 23 may, AZƏRTAC
Niderland Krallığının Ulft şəhərində “Hunten Kunst” adlı beynəlxalq incəsənət sərgisi təşkil olunub. Sərgidə 30 ölkədən 250 sənətkarın əsərləri sərgilənib.
AZƏRTAC xəbər verir ki, sərgidə Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədr müavini, tanınmış rəssam Rasim Hüseynovun əsərləri də nümayiş olunub.
“Hunten Kunts” beynəlxalq sərgisində nümayiş olunan sənət əsərləri əvvəlcədən seçim komissiyası tərəfindən seçilir. Sərgidə iştirak etmək üçün Rasim Hüseynov da əsərlərini sərginin seçim komissiyasına təqdim edib və onun əsərləri seçim komissiyası tərəfindən yüksək qiymətləndirilib.
Sərgi müddətində R.Hüseynovun müxtəlif janrlarda olan əsərlərinə ziyarətçilər böyük maraq göstəriblər.
Əsərlərində Azərbaycan ruhunu əks etdirən Rasim Hüseynov sərgi ziyarətçilərinin, eləcə də həmkarlarının suallarını cavablandırıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Osterveyk

Mədəniyyət 2022-05-23 12:37:00