×
A
A
A
Sazlamalar

İndoneziya Dövlət Poçt Şirkəti “Şuşa İli” ilə əlaqədar xüsusi marka buraxıb

Cakarta, 23 may, AZƏRTAC
Azərbaycanda 2022-ci ilin “Şuşa İli” kimi qeyd olunması çərçivəsində ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə İndoneziya Dövlət Poçt Şirkəti tərəfindən xüsusi poçt markası nəşr olunub.
AZƏRTAC xəbər verir ki, poçt markasının üzərində İndoneziya dilində “Şuşa İli - 2022” sözləri yazılıb. Poçt markasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, şanlı Azərbaycan əsgərlərinin, Şuşa qalasının, o cümlədən işğaldan azad edilən torpaqlarımızdan görüntüləri də öz əksini tapıb.
İndoneziya Poçt Dövlət Şirkəti ilə səfirlik arasında əldə olunmuş razılığa əsasən, sözügedən marka may ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılıb. Poçt markası ölkənin filatelistləri tərəfindən böyük maraqla qarşılanıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta

 

Mədəniyyət 2022-05-23 12:38:00