×
A
A
A
Sazlamalar

Kanadada qasırğa səkkiz nəfərin həyatına son qoyub

Bakı, 23 may, AZƏRTAC

Şənbə günü Kanadada əhalinin sıx yaşadığı Ontario və Kvebek əyalətlərini cənginə alan şiddətli qasırğa nəticəsində azı səkkiz nəfər həlak olub, 500 mindən çox insan elektriksiz qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kanada KİV-i hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Məlumata görə, sürəti saatda 130 kilometri ötən külək ağacları, elektrik verilişi xətlərinin dirək və dayaqlarını aşırıb. Ölümcül yaralanma hallarını əksəriyyətinə ağacların aşması səbəb olub. Bazar günü energetiklər elektrik təchizatını bərpa etmək üçün maksimum səy göstəriblər.
Kanadanın Baş naziri Castin Trüdo bildirib ki, federal hökumət zərər çəkənlərə və ehtiyacı olanlara kömək göstərməyə hazırdır.



 

Dünya 2022-05-23 12:42:00