×
A
A
A
Sazlamalar

Bakıda mənzildən 62 min dollar pul oğurlanıb

Bakı, 23 may, AZƏRTAC
Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə M.Hadi küçəsindəki mənzillərin birinin seyfindən 62 min ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Ramis Əhmədov və Bakı şəhər sakini Camal Sultan müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı rayon polis idarəsi tərıfindən araşdırma aparılır.

Hadisə 2022-05-23 12:51:00