×
A
A
A
Sazlamalar

Bakıda xarici ölkə vətəndaşları olan TIR sürücülərini dələduzluq yolu ilə aldadan şəxs tutulub VİDEO

Bakı, 23 may, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xarici ölkə vətəndaşlarının etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan əvvəllər məhkum olunmuş Aydın Qambayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı müəyyənləşdirilib ki, həmin şəxs özünü xaricə müxtəlif təyinatlı məhsullar ixrac edən iş adamı kimi təqdim edib. A.Qambayev Bakıda olan və beynəlxalq yükdaşıma ilə məşğul olan müxtəlif xarici ölkə vətəndaşları olan TIR sürücülərini guya onların avtomobilləri ilə yük göndərəcəyi adı altında aldadaraq zərərçəkənlərin pullarını ələ keçirib. Bu müddətdə A.Qambayev 20-ə yaxın TIR sürücüsünü dələduzluq yolu ilə aldadıb.
Faktlarla bağlı saxlanılan şəxs barəsində 29-cu polis şöbəsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Həmin şəxsin digər cinayət əlaqələrinin aşkarlanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, 102 - Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

 

 

 

 

Hadisə 2022-05-23 12:15:00

Video