×
A
A
A
Sazlamalar

İtaliya A seriyasını tərk edən üçüncü klub müəyyənləşib

Bakı, 23 may, AZƏRTAC

İtaliya A seriyasının sonuncu turunun oyunlarından sonra elitanı tərk edən üçüncü klub da müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu “Kalyari”dir. Komanda sonuncu turda “Salernitana”ya 0:4 hesabı ilə uduzub. Bununla da 30 xalla 18-ci pillədə qalan “Kalyari” yüksək liqa ilə vidalaşıb.
Qeyd edək ki, bundan əvvəl “Cenoa” və “Venesiya”nın A seriyasını tərk edəcəyi dəqiqləşmişdi.

 

 

 

İdman 2022-05-23 12:29:00