Hindistanın Baş naziri QUAD-ın sammitində iştirak etmək üçün Tokioya gəlib
Tokio, 23 may, AZƏRTAC
Hindistanın Baş naziri Narendra Modi mayın 23-də Təhlükəsizlik üzrə dördtərəfli dialoq (QUAD) ölkələri liderlərinin sammitində iştirak etmək üçün Tokioya gəlib.
AZƏRTAC xəbər verir ki, mayın 24-də onun Yaponiya, ABŞ və Avstraliya liderləri ilə görüşəcəyi bildirilir.
Qeyd edilir ki, Rusiya ilə dost münasibətlərinin anlaşılmasına çalışan Hindistan özünün demokratik dəyərlərə sadiq olduğunu təsdiq etməyə səy göstərəcək.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ay Nyu-Dehliyə səfər edərək, Ukraynada baş verənlər fonunda iki ölkə arasında əməkdaşlıq münasibətlərini təsdiq etməyə çalışıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
NATO sammiti çərçivəsində Rəcəb Tayyib Ərdoğan və Cozef Baydenin görüşü gözlənilir
Cozef Bayden və Boris Conson üç ölkənin NATO-ya üzvlüklə bağlı razılığa gəlməsini alqışlayıb
İtaliyada meşə yanğınları ötən illə müqayisədə iki dəfədən çox artıb
Fransa tarixində ilk dəfə Milli Assambleyanın sədri vəzifəsinə qadın namizəd seçilib
Gürcüstanda turistləri daşıyan iki mikroavtobus qəzaya uğrayıb