×
A
A
A
Sazlamalar

Azərbaycanlı gənclər Tbilisidə keçirilən şahmat turnirində uğurla çıxış ediblər

Tbilisi, 23 may, AZƏRTAC

Gürcüstan Şahmat Federasiyasının təşkilatçılığı ilə paytaxt Tbilisidə kateqoriya yarışları keçirilib. İki gün davam edən turnirin qalibləri müəyyən olunub.
AZƏRTAC xəbər verir ki, yarışda Marneulidəki “Çay Evi”nin ("Tea House") şahmat kursunda təhsil alan yeniyetmə və gənclər də iştirak ediblər. Ciddi mübarizə şəraitində keçən yarışmada azərbaycanlı şagirdlər yüksək nəticə göstəriblər.
Marneulidən qatılan 5 nəfər gənc şahmatçıdan Cahandar Bayramov IV kateqoriya uğurunda mübarizədə 1-ci yerə, Turac Həsənov III kateqoriya üzrə 3-cü yerə layiq görülüblər. Tacir Allahverdiyev isə VI kateqoriyanı uğurla tamamlayıb.
Qeyd edək ki, Marneulidə yerləşən “Çay Evi”ndə SOCAR-ın maliyyə dəstəyi ilə 2012-ci ildən gənclərə şahmat və digər oyunlar, eləcə də fənlər üzrə bir sıra ödənişsiz kurslar təşkil olunur. Bu kurslarda iştirak edın gənclərimiz idmanda və təhsildə çoxlu uğurlar qazanıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

İdman 2022-05-23 11:52:00