×
A
A
A
Sazlamalar

Qala qəsəbə sakininin həyətindən 15 baş qoyun oğurlayan əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

Bakı, 23 may, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə Qala qəsəbəsində yaşayan F.Qurbanovun həyətindən 15 baş qoyunun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zirə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Natiq Babayev müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

 

 

 

 

Hadisə 2022-05-23 11:15:00