×
A
A
A
Sazlamalar

“Red Bull Racing”in pilotu Maks Ferstappen Formula 1 İspaniya Qran-Prisinin qalibi olub

Bakı, 23 may, AZƏRTAC

“Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 İspaniya Qran-Prisinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, dünya çempionatının altıncı mərhələsində ilk üçlükdə “Red Bull Racing”in digər pilotu Serxio Peres və “Mercedes”in üzvü Corc Rassell yer alıblar.
M.Ferstappen cari mövsüm 4-cü, karyerasında isə 23-cü qələbəsini qazanıb. “Red Bull Racing” cari mövsüm ikinci dəfə qələbə dubluna imza atıb.
Gələn həftə yarış Monakoda təşkil olunacaq.
Azərbaycan Qran-Prisi isə iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

İdman 2022-05-23 11:12:00