Bədii gimnastlarımız Polşada 4 medal qazanıblar
Bakı, 23 may, AZƏRTAC
Polşada “IV Qdınyanın bədii gimnastika ulduzları-2022” adlı beynəlxalq turnir keçirilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Qdınya şəhərində təşkil olunan yarışda ölkəmizi yığma komandamızın böyüklərdən ibarət ikinci heyəti (qrup hərəkətləri üzrə və fərdi gimnastlar) təmsil edib. Təmsilçilərimiz uğurla çıxış edərək 4 medala sahib olublar.
Fidan Yusifzadə, Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Zəhra Paşazadə, Nigar Xankişiyeva, Leyla Əliyevadan ibarət qrup hərəkətləri üzrə yığmamızın üzvləri çoxnövçülük proqramında və 5 halqa ilə hərəkətlərdə qızıl, 3 lent və 2 topla hərəkətlərin icrasına görə isə gümüş medal qazanıblar. Fərdi növdə isə komandamızın üzvü Alina Gözəlova topla hərəkətlərdə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Azərbaycanda futbol üzrə İkinci Divizion turniri keçiriləcək
Futbol üzrə Almaniya kubokunun qalibi “Leyptsiq” olub
“Qəbələ” klubu Azərbaycan kubokunun qalibi olub
XTNS-dəki “Azərbaycan” pavilyonunda xarici diplomatların iştirakı ilə şahmat turniri keçirilib