×
A
A
A
Sazlamalar

Filippin sahillərində gəmi yanıb, 7 nəfər həlak olub

Bakı, 23 may, AZƏRTAC
Filippinin Luzon adasının sahillərində sürətli qayığın yanması nəticəsində 7 nəfər həlak olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, gəmidə 124 sərnişin olub, onlardan 105-i xilas edilib. Gəmi Polillo adasından ayrılaraq Luzon adasına doğru yola düşüb. Hadisə təyinat məntəqəsinə 1 kilometrdən az məsafə qalarkən baş verib.

Dünya 2022-05-23 08:52:00