×
A
A
A
Sazlamalar

Avstriya lideri yenidən prezidentliyə namizəd olmaq qərarını açıqlayıb

Bakı, 23 may, AZƏRTAC
Avstriyanın Prezidenti Aleksandr Van der Bellen yenidən dövlət başçısı uğrunda seçkilərdə iştirak edəcəyini açıqlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
“Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə yenidən namizədliyimi verirəm”, - deyə Van der Bellen vurğulayıb.
Xatırladaq ki, Avstriyada prezident seçkiləri 2022-ci ilin payızında keçiriləcək.

Dünya 2022-05-23 07:31:00